“Ermənistan KTMT-dən çıxmağı müzakirə etmir”- Ovannisyan

“Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir”.

Azpost.info xəbər verir ki, bunu Emənistan XİN rəhbərinin müavini Paruyr Ovannisyan bildirib.

“Biz görüşlərdə iştirak etməyə davam edirik. Nazir müavini və ya baş nazirin müavininin səviyyəsi kifayət qədər yüksək səviyyədir. Biz lazımi səviyyədə iştirak edirik”, – o qeyd edib.

Ovannisyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak arasında Maltada baş tutan görüşün anti-Rusiya xarakteri daşımadığını da vurğulayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.