Ermənistan XİN rəhbəri Brüsseldə Borrellə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrellə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, görüş Brüsseldə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iclası ərəfəsində baş tutub.

“Gərginliyə səbəb olan növbəti addımların qarşısının alınmasının vacibliyi qeyd edilib. Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib. Borrel və Mirzoyan Ermənistan-Avropa İttifaqı sazişinin icrasının gedişi və ölkədə gedən demokratik proseslər barədə də fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.