“Ermənistanı və Azərbaycanı sülh razılaşmasına nail olmağa çağırırıq” –ABŞ-dan AÇIQLAMA

“Biz Ermənistan və Azərbaycanı diplomatik fəaliyyəti aktivləşdirməyə və hərtərəfli sülh razılaşmasına nail olmağa çağırırıq”.

Azpost.info bildirir ki, bu barədə brifinqdə jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Prezident İlham Əliyev və Baş nazir Paşinyanın bu gün Brüsseldə keçiriləcək görüşünü şərh edərkən deyib.

Dövlət Departamentinin mətbuat katibinin müavini deyib ki, ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.