Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçi Hüseyn Axundov azad edilib.
Azpost.info bildirir ki, bu barədə onun anası məlumat verib.
Qeyd edək ki, bu gün Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
H.Axundpvun anası gözaydınlığı üçün evinə gələnlərə təşəkkür edib.
“Oğlumu azad etdiyinə görə cənab Prezidentə minnətdaram. Həyəcandan dura bilmirəm. Dünən oğlum haqqında ömürlük həbs cəzası qərarını eşidəndə bayılmışdım. Şükür ki, oğlum azad edildi”-deyə o paylaşılan görüntüdə bildirib.