Estoniya Rusiyanın aktivlərini Ukraynaya xərcləyəcək- Prezident qanunu imzaladı

Estoniya prezidenti Alar Karis dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəymiş zərərin ödənilməsi üçün istifadəyə icazə verən qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, Karisin sözlərinə görə, qanuna əsasən, qanunsuz hərəkətin törədilməsi ilə əlaqəsi müəyyən edilən şəxslərin əmlakını müsadirə etmək mümkün olacaq.

Estoniya prezidentinin sözlərinə görə, qanun elə təfsir edilməlidir ki, əmlakın verilməsi müharibə qaydalarının pozulmasında və ya hərbi təcavüzün törədilməsində fəal iştirak edənlərə təsir etsin.

Azpost.info

 

Əvvəlki məqalə

Taksi sürücüləri DİM-də imtahan verəcək

Sonrakı məqalə

Naxçıvan Təhsil Nazirliyi ilə bağlı Baş Prokurorluğa müraciət edilib