“Etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir” –SOCAR AÇIQLAMA YAYDI

Heydər Əliyev adına Neft Emalı Zavodunda SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə SOCAR-dan bildirilib.

“Neft Emalı Zavodunda (NEZ) SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildiririk. Keçirilən aksiyanın SOCAR ilə əlaqəsi yoxdur, aksiyada iştirak edən əməkdaşlar isə NEZ-in müvafiq layihəsinə subpodratçı qismində cəlb olunan şirkətin əməkdaşlarıdır”, – SOCAR-dan bildirilib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Bakı Neft Emalı Zavodunda fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi türkiyəli subpodratçı tərəfindən maaşların gecikdirilməsi göstərilib.

Əvvəlki məqalə

Soyqırımın qanlı yaddaşı

Sonrakı məqalə

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışlı təlim keçirib