Evində işləyən fəhləni saxta nikahla müharibəyə göndərdi –8 milyon ölüm pulu aldı/VİDEO

Rusiyada bir cütlük Ukraynada müharibədə həlak olanın adı ilə ağlagəlməz fırıldaq işlədib. 

Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalı məlumat yayıb.

Primoryedə bir cütlük bağlarında işləyən, qohumları olmayan bir fəhləni  müharibəyə könüllü getməyə inandırıblar.

2023-cü ilin yayında onlar öz bağçalarında yaşayan və işləyən 46 yaşlı ustanı müharibəyə könüllü getməyə razı saldılar. Ər və arvad kişinin heç bir qohumunun olmadığını əvvəlcədən biliblər. Odur ki, həmin şəxs həlak olacağı təqdirdə ödənişi almaq üçün onu saxta nikahla 63 yaşlı qadınla evləndiriblər.

Üç ay sonra “arzuları çin olub”. Həmin fəhlə oktyabrda Ukraynada hərbi əməliiyatda həlak olub.

Bundan sonra həmin cütlük  guya dul qalmış qadının ərinin ölümünə görə 8,3 milyon rubl məbləğində ödənişi almaq üçün sənədlər tərtib edib. Cütlük qadını banka aparıb, qadın pulu bankdan çıxararaq sxemin təşkilatçılarına verib.

Cütlüyə qarşı xüsusilə külli miqdarda dələduzluq işi açılıb. Ər həbs edilib, arvad ev dustaqlığındadır.

 

 

Azpost.info

Əvvəlki məqalə

COP29-un loqosu təqdim olunub –

Sonrakı məqalə

“Hər ay 15 min manat paket alırdım” –