Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir. Bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib. Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək. Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın “Əsrin sövdələşməsi” planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.