İordaniya İsrailin fələstinliləri Qəzza zolağından çıxarmaq cəhdini müharibə elanı kimi qiymətləndirəcək.
Azpost.info xəbər verir ki, bunu Baş nazir Bişar əl-Xasaune bildirib.
“Fələstinliləri Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarmaq və ya buna şərait yaratmaq cəhdləri “qırmızı xətt”dir və İordaniya onları müharibə elanı hesab edəcək”, – Baş nazir deyib.
O qeyd edib ki, İsrailin Qəzzaya təcavüzünün güclənməsinə cavab vermək üçün artıq bütün variantlar hazırdır.
Azpost.info