Fələstin prezidenti Mahmud Abbas Rusiyaya səfərə gəlir

Fələstin prezidenti Mahmud Abbas  avqustun 12-də Rusiyaya səfər edəcək.

Azpost.info bildirir ki, bu barədə Fələstin səfirliyindən TASS-a məlumat verilib.

“O, sabah axşam Rusiyada olacaq”, – diplomatik missiyadan bildirilib. M. Abbasın Rusiyaya səfər proqramı artıq razılaşdırılıb. Fələstin prezidentinin səfəri iki gün davam edəcək. Onun Rusiya lideri Vladimir Putinlə görüş gözlənilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.