Fazil Mustafanın xəstəxanadan ilk –GÖRÜNTÜSÜ

Milli Məclisin deputatı Fazil Mustafa ona olunmuş sui-qəsddən sonra ilk dəfə görünütləri yayılıb. 

Azpost.info bildirir ki, xəstəxanada çəkilən fotoda onun telejurnalist Mrişahinlə danışdığı görünür.

Qeyd edək ki, martın 28-də deputat silahlı hucum olub.

Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Terror hadisəsi ilə bağlı 6 nəfər həbs edilib.

Terror aktı zamanı yaralanan millət vəkili Fazil Mustafa hadisənin təfərrüatlarını REAL TV-yə danışıb.

Deputat Fazil Mustafa ilə müsahibə bu gün saat 21.00-da yayımlanacaq.

Əvvəlki məqalə

“Si Cinpin Zelenskiyə zəng edəcək”

Sonrakı məqalə

Daha 79 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib