FHN Türkiyəyə göndərdiyi humanitar yardımla bağlı məlumatları açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə indiyə qədər göndərilən xilasetmə və tibbi personal, humanitar yardımla bağlı statistik məlumat açıqlanıb.

Hazırda zəlzələnin ən çox dağıntılara məruz qoyduğu şəhərlərdən olan Kahramanmaraşa 758 nəfər xilasedici və tibbi personal heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Bundan başqa, humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib. (APA)

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Qətər əmiri Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib