Milli Məclisin Sədri posruna namizədliyi irəli sürümüş Sahibə Əli qızı Qafarova filologiya elmləri doktorudur. Bakı Slvayan Universitetinin prorektorudur. 1955-ci ildə anadan olub. Azərbyacanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. İki ali təhsil alıb. M.F. Axundov adına Azərbyacan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbyacan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib. 1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən Slvayan Universitetində çalışır. Sahibə Qafarovaədəbiyyat nəzəriyyəçisi, müasir rus və Amerika ədəbiyyatı üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda  Gender problemlərinin tədqiqi ilə məşğuldur. Professor Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb. ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. IV və V və V1 Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı seçilib. 2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb. 2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçgınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub. 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyyətinin rəbəridir. Azpost.info