Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis –Milli Məclisin yeni Sədri kimdir?

Milli Məclisin Sədri posruna namizədliyi irəli sürümüş Sahibə Əli qızı Qafarova filologiya elmləri doktorudur. Bakı Slvayan Universitetinin prorektorudur.

1955-ci ildə anadan olub.

Azərbyacanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür.

İki ali təhsil alıb. M.F. Axundov adına Azərbyacan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbyacan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən Slvayan Universitetində çalışır.

Sahibə Qafarovaədəbiyyat nəzəriyyəçisi, müasir rus və Amerika ədəbiyyatı üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda  Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Professor Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub.

2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb. ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

IV və V və V1 Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı seçilib.

2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçgınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub.

2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyyətinin rəbəridir.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən I siniflərə elektron şagird qəbulu başlanır

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 30 dəfə pozub