Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayır

Finlandiya hökuməti qaçqınların nəzarətsiz axını ilə əlaqədar Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen bildirib.

“Daxili İşlər Nazirliyi sərhəd-keçid məntəqələrinin bağlanması və ya işinin məhdudlaşdırılması ilə bağlı təklif hazırlayır. Mövcud qanunvericilik buna imkan verir”, – Rantanen deyib.

Onun sözlərinə görə, bu, ictimai qaydaya, milli təhlükəsizliyə və ya əhalinin sağlamlığına ciddi təhlükə ilə mübarizə aparmağa imkan verəcək.

Nazir qeyd edib ki, Finlandiyanın cənub-şərq sərhədini keçənlərin sayı getdikcə artır: “Söhbət əsasən qeyri-qanuni miqrasiyadan gedir ki, insanlar sərhədə sənədsiz gəlirlər. Təkcə ötən həftə sonu Finlandiyadan 34 nəfər sığınacaq istəyib”.

Azpost.info

Əvvəlki məqalə

“Bu pula qəbiristanlıqda 10 sm yer almaq mümkün deyil” –

Sonrakı məqalə

Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandıracaq