Finlandiya şirkətləri – süd məhsulları istehsalçısı Valio, qəhvə istehsalçısı Paulig, çörək istehsalçısı Fazer Rusiyada fəaliyyətini dayandırırlar.
Azpost.info bildirir ki, bu barədə şirkətlərin saytlarında dərc olunan açıqlamalarda deyilir.
Finlandiyanın şokolad və çörək istehsalçısı Fazer də açıqlama yayaraq Rusiyadakı bütün fəaliyyətlərini dayandırdığını bəyan edib.
“Fazer Rusiyadakı bütün fəaliyyətini dayandırmaq qərarına gəlib”, – şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
Ümumilikdə şirkətin Moskva və Sankt-Peterburqda çörək zavodlarında işləyən 2,3 min işçisi var. 2021-ci ilin sonunda Fazerin Rusiyadakı dövriyyəsi 157 milyon avro təşkil edib ki, bu da onun ümumi dövriyyəsinin 13%-ni təşkil edir.
Bundan əvvəl şirkət Rusiya Federasiyasına ixracını və investisiyalarını dayandırıb.