Finlandiyanın qadın Baş nazirinin əyləncə klubunda çəkilmiş görüntüləri yayıldı –FOTO

Finlandiyanın Baş naziri Sanna Marinin əyləncə klubunda çəkilmiş görüntüləri sosial şəbəkədə böyük rezonans yaradıb. 

Azpost.info bildirir ki, görüntülərdə 36 yaşlı Baş nazirin əyləncə məclisində dostları ilə içki içib, rəqs etməsi əks edilib.  Videoda həmçinin fin repçi Nyqard və pop ulduzu Antti Tuiskuda yer alır.

Kadrların hansı məclisdə çəkildiyi açıqlanmayıb.

Baş nazirə bununla bağlı sorğu ünvanlayan KİV-lərə heç bir açıqlama verilməyib.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.