“Fitch” iqtisadi artımla bağlı proqnozunu azaldıb –RƏQƏMLƏR

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2022-ci il üçün qlobal ÜDM artımı proqnozunu 3,5 faizdən 2,9 faizə endirib.

Azpost.info xəbər verir ki, 2023-cü il üçün proqnoz da 0,1 faiz azalaraq 2,7 faizə endirilib. “Fitch” 2022-ci il üçün ABŞ ÜDM artımı proqnozunu 0,6 faiz bəndi azaldaraq 2,9 faizə endirib. Avrozona üçün bu göstərici 2,6 faizdir.

“Çində koronavirus pandemiyası ilə bağlı istehsal məhdudiyyətləri qlobal təchizat zəncirlərinə təzyiq edir. Rusiya və Ukrayna arasında münaqişə nəticəsində enerji və ərzaq təchizatında yaranan fasilələr Avropada inflyasiyaya gözlənildiyindən daha güclü təsir göstərir”, – “Fitch” qeyd edib.

Agentlik ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini 2022-ci ilin ikinci rübündə 3 faizə, 2023-cü ilin birinci rübündə isə 3,5 faizə qaldıracağını gözləyir.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Çinə sərmayələrini məhdudlaşdıracaq –

Sonrakı məqalə

“Ölkədə məzhəblərarası təfriqə yaratmaq üçün təxribat müşahidə olunur” –