“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihəsinin tədbirləri yekunlaşıb.
Artıq layihənin dördüncü və sonuncu tədbiri həyata keçirilib. Yekun tədbir Bakı şəhərinin gözəl açıq hava məkanlarının birində 11.08.2024-cü il tarixində baş tutub. Layihənin məqsədi əlilliyi olan və yaş məhdudiyyəti olmayan fiziki məhdud şəxlərin vaxtlarının səmərəli və əyləncəli keçirmələrinə imkan yaratmaq idi.
İştirakçılar açıq havada film izləyib, musiqi dinləyib, rəqs ediblər. Layihə iştirakçılar arasında böyük sevinc hissi ilə qarşılanıb.
“GÜLSAM” ƏRİB adından fiziki məhdudiyyətli şəxslər üçün bu şəariti yaratdığına görə Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin təşəkkürümüzü bildiririk.
