“Fotoşop deyil, özüməm…” –Elman Nəsirov şəklindən danışdı

Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, fotoşopdan istifadə etdiyi ehtimal edilib.

Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

Əvvəlki məqalə

Avqustun 15-dək hava mülayim və yağmursuz keçəcək

Sonrakı məqalə

“Sosial şəbəkələrdə gedən bütün məlumatlar izlənilir…” –