“Fotoxronika”: 1944-cü il Polşa qiyamını yatıran milli legionerlər –Onlar xainlərdir, yoxsa qəhrəmanlar?

FOTO: Faşist Almaniyası. 111-ci Azərbaycan piyada polku. Legionerlər… 1944-cü il. Sentyabr.

Tarixin ironiyası bəzən insanı heyrətə salır.

Bu polk Azərbaycanın azadlığı uğrunda vuruşurdu, SSRİ-yə qarşı yaradılmışdı. Amma 1944-cü ildə azadlığı uğrunda başlayan Varşava üsyanını yatırmaq günahını da daşıyır.

Faşistlərin yaratdığı “milli legion” planı SSRİ respublikalarına azadlıq vermək deyildi. Bu “Ost” planının bir hissəsi idi. Məqsəd SSRİ-də milli zəmində yekdil platformanı dağıtmaq idi. Məhəmməd Əmin Rəsulzadə bu oyunu başa düşdüyü üçün “milli legion” planının əleyhinə çıxdı. Buna görə Almaniyadan çıxarıldı…

Varşava üsyanı Polşa xalqının öz azadlığı uğrunda ayağa qalxdığı son cəhd idi. Polyaklar SSRİ-yə, İngiltərəyə, Almaniyaya qarşı üsyan etdilər. Ölkələrinin hərraca qoyulacağını bildikləri üçün…
Faşistlər bu üsyanı qan içində boğdu.  Stalin Varşava üsyanını “avantura” adlandırdı. Çünki bu üsyan SSRİ-nin Polşanı tutub qondarma “bolşevikləri”ilə sosialist respublikası elan etmək planını pozurdu. Çörçill isə Polşa üsyanını riyakarcasına satdı. Ona Stalinlə Avropanın gələcəyi üçün açılan bazar daha cazibədar idi…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimali Koreya gəmisi Rusiya sərhədçilərinə hücum edib

Sonrakı məqalə

Məmməd Süleymanovun yazısı –