“Fotoxronika”: Tahir Salahovun 50 il gizlədilmiş əsəri –“Sənə, bəşəriyyət” niyə məmurları qorxudub? (PANNO)

Azpost.info  oxucularına “Fotoxronika” rubrikasını təqdim edir.

Burada sizə ölkəmizin, keçmiş SSRİ-nin və dünyanın ictimai-siyasi tarixində izini qoymuş məşhur hadisələri, onların qəhrəmanları, dövrün məşhur xadimləri əks olunan şəkilləri  təqdim olunacaq.

Bu dəfə bir pannonu təqdim etmək qərarına gəldik.

Görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 50 il gizlədilmiş bir əsəri var. “Sənə, bəşəriyyət!” adlanır. 1961-ci ildə çəkib.

Bu panno onu ilk dəfə görənlərdə izah edə bilməyəcək bir hiss yaradır. Əlində qəribə işıqlı kürələri tutaraq Yerdən göyün əngəlliklərinə doğru uçan iki insan…

Tabloda çox detal tapmaq olur: Pannoda əsas məqam kainatda Yer kürəsinin və onda yaşayan bəşərin tənha olduğunu xatırlatmasıdır. Həmçinin insanlığın axtardığı ümidə bir mesajdır…

Kosmos və insan! Əbədi harmoniya…Rəssamın çəkdiyi işıq kürələri isə zülmətlə döyüşdə xeyiri xatırladan qəhrəmanlara işarə edir sanki…

Tahir Salahov bu əsər barədə deyib ki, “1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim”.

Əsər cəmi bir dəfə – 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilib. Moskvada bu əsər “formalizm nümunəsi” elan olunub və…qaytarıb atıblar İncəsənət Muzeyinin anbarına…

Əsər ilk dəfə 12 aprel 1961-ci ildə Bakıda nümayiş olunan gün ilk insanın – Yuri Qaqarinin kosmosa uçması barədə xəbər yayılıb.

Panno 2008-ci ildə bərpa edilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xilasedici”nin biabırçı gedişi –

Sonrakı məqalə

Rusiyada niyə insanlar küçəyə çıxır? –