Fransada yaşayan azərbaycanlı tədqiqatçıların Ağdama səfəri başlayıb-FOTO

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların (İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ Bürosunun məlumatına görə, tədqiqatçılar ermənilərin Ağdamda törətdiyi vəhşiliklərlə tanış olacaqlar.

Eləcə də qonaqlar şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə işləri ilə məlumatlandırılacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.