Fuad Ələsgərov:

“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”
04 Oktyabr 2019 - 10:48

“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”.

Bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu proses davam edəcək.

F. Ələsgərov qeyd edib ki, Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. (APA)