Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Polşa millisi 2024-cü il futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib. Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olub – 5:4.

Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu: Avstriya, Fransa, Niderland, Polşa

E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münxen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

Əvvəlki məqalə

ABŞ-da gəmi körpüyə çırpılıb, 6 nəfər ölüb

Sonrakı məqalə

“ABŞ “Crocus”la bağlı Ukraynanı zərbə altından çıxarmağa çalışır” –