Gəncənin Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad edilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov vəzifəsindən azad edilib.

Trend-in əldə etdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin qərarı ilə onun işinə son verilib.

Qeyd edək ki, H. Nəsirov üç ildən artıq idi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Əvvəlki məqalə

Biz Albaniya Prezidentinin səfərinə çox böyük önəm veririk

Sonrakı məqalə

Türkiyədə əlavə dəyər vergisi 20 faizədək artırılıb