Gəncədə 18 yaşlı qadın bıçaqlanıb, keçmiş əri tutulub

Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.

Şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.

O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır(apa).

Əvvəlki məqalə

DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Sonrakı məqalə

Məşhur balerina 29 yaşında öldü