Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.
Məlumata görə, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.
A. Əmiraslanova 2009-cu il təvəllüdlü Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir(apa).