Gənc oğlan Fransanın daxili işlər nazirini yumruqla vurub

Dənizaşırı ərazilərə səfəri zamanı Fransanın daxili işlər naziri Jerar Darmanin zorakılığa məruz qalıb.

Puent a Pitr şəhərində Qvadelupa televiziyasına müsahibə verərkən bir gənc nazirə yaxınlaşıb. Nazirlə görüşmək istədiyini deyən gənc onun çiyninə yumruq vurub. Mühafizəçilər onu kənarlaşdırıb. Şəxsiyyəti açıqlanmayan şəxs həbs edilib.

Qeyd edək ki, nazir yeniyetmələrin cinayətkarlığı ilə mübarizə aparmaq üçün Qvadalupada 18 yaşı tamam olmayanlar üçün komendant saatı tətbiq edib. Onların saat 20.00-dan sonra küçəyə çıxması qadağan olunub.

Azpost.info

Əvvəlki məqalə

ABŞ İsrailin İrana hücumunda iştirak etməyib

Sonrakı məqalə

Bakıda özünü öldürmək istəyən şəxs xilas edilib