Gələn il pensiyalar 30 manat artacaq –Komitə sədrindən AÇIQLAMA  

“2021 ildə orta aylıq pensiya məbləğinin 31,29 manat və ya 10,4% artması proqnozlaşdırılır”.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, bunu Milli Məclisin (MM) plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il üzrə büdcəsi haqqında” qanun layihəsinin təqdimatını edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0%) nəzərə çarpacaq dərəcədə çoxdur. Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcək.

M.Quliyev deyib ki, büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün 338 milyon manat məbləğ vəsait nəzərdə tutulur: “Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil etmiş, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir”.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Beynəlxalq Məhkəmə Milli Məclisin Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciətinə cavab verib