Gələn il pensiyalar artırılacaq –Samir Şərifov açıqladı

Samir Şərifov bu vəzifəyə
Samir Şərifov bu vəzifəyə

2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu paket bizə 4 milyard manata başa gəldi.

Bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov qeyd edib ki, hər il pensiyalar üzrə indeksasiya aparılır: “Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik”. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.