“Gəlir yerlərini itirmiş 600 min vətəndaşa 120 milyona yaxın vəsait ayrılacaq” –Nazir müavini

“Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən sosial sahəyə dair xüsusi paket qəbul olunub. Bu, ümumilikdə 12 sosial tədbiri özündə ehtiva edirdi”.

Bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı: “Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Amma bilirik ki, pandemiya dalğavari cərəyan edir və hazırda yenidən sərtləşdirilmiş karantin rejimindəyik. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlin sonuna Azərbaycan iqtisadiyyatının 4%-dək kiçilməsi gözlənilir” –

Sonrakı məqalə

Ağdamın Seyidli kəndindən –