Gəncədə şagirdi bıçaqlayan yeniyetmə ilə bağlı yeni- DETALLAR

Gəncədə şagirdi bıçaqlayıb öldürməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov 10-cu sinifdə təhsilini dayandırıb.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, F.Şabanov 10-cu sinifdə valideynin ərizəsinə əsasən təhsilini dayandırıb və şagird kontingentindən çıxarılıb.

İdarədən vurğulanıb ki, F.Şabanov hadisədən öncə məktəbə daxil olmağa çalışıb, ancaq icazə verilməyib.

Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.