Gənclər üçün yeni layihə start götürüb

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Gənclərdə tariximizə və maddi-mədəni abidələrə məhəbbət və mənəvi bağlılıq ruhunun möhkəmləndirilməsi” mövzusunda yeni layihəyə start verib. Sentyabr ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu barədə layihənin rəhbəri, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi İctimai Birliyinin sədri Kamran İsmayılov məlumat verib. K.İsmayılov bildirib ki, layihənin əsas məqsədi bölgələrimizdə yaşayan gənclərin öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir.

Layihə rəhbərinin fikrincə, bölgələrimizdə yaşayan gənclər arasında öz bölgəsinin tarixini, adət-ənənələrini kifayət qədər bilməyən, maddi-mədəniyyət abidələrini tanımayan gənclər az deyildir. Bu baxımdan digər bölgələrimizlə yanaşı, layihənin həyata keçirildiyi Cəlilabad, Masallı və Yardımlı rayonlarında yaşayan gənclərdə də yaşadıqları bölgənin keçmişinə və mədəni özəlliklərinə, ata-babalarının ənənələrinə hörmət aşılanması yolu ilə onlarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi, mənəvi dünya görüşünün genişləndirilməsi işi mühüm aktuallıq kəsb edir.

Əvvəlki məqalə

Kadırov Çeçenistana rəhbərlik etməyə davam edir –

Sonrakı məqalə

Qəbələ, Oğuz və Zaqatalada yanğınlar davam edir-