G20 maliyyəçiləri koronavirusa görə toplanır - Dünya iqtisadiyyatına təsirini müzakirə edəcəklər
Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.
Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb(report).
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...