G7 ölkələri Rusiyadan idxala məhdudiyyətlər tətbiq edəcək

G7 (Böyük Yeddilər) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək.

Bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır”, – Dombrovskis vurğulayıb.

Onun sözlərinə görə, G7 dövlətləri Rusiya və Belarusla ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini elan etməyə hazırdırlar və digər ölkələr də onlara qoşula bilər.

“Kanada artıq bunu elan edib, belə bir qərarın qəbulu üçün G7 səviyyəsində və daha geniş şəkildə iş gedir. Bu, yaxın günlərin məsələsi ola bilər”, – deyə siyasətçi əlavə edib.

Enerji sektorundakı məhdudiyyətlərdən danışan Dombrovskis qeyd edib ki, variantların heç biri gündəmdən düşmür, lakin indi gələn qışa hazırlaşmaq lazımdır.

Qeyd edək ki, Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lavrov yalan danışır” –

Sonrakı məqalə

Mehriban Əliyeva xanımları təbrik edib