Gömrük Komitəsinin daha bir generalı vəzifəsindən azad olundu

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Əvvəlki məqalə

Ceyhun Bayramov İspaniyaya rəsmi səfərə yola düşüb

Sonrakı məqalə

“İmam idimsə nəyə görə mənə Xocahəsəndə köhnə evi vermişdi?” –