Goranboya dolu yağıb.
Dolu əsasən rayonun mərkəzinə və bir neçə kəndlərinə yağıb.
Təxminən 10 dəqiqə yağan dolu dənələrinin diametri 20-25 millimetr olub. Təbiət hadisəsinin hər hansı bir fəsad törətməsi ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, yağan güclü yağışdan sonra bəzi rayonlara sel gəlib.
Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. (APA)