Xətai rayonu Günəşli qəsəbəsində 46 nömrəli sərnişin avtobusu avtomobillə toqquşub. Qəza nəticəsində avtobus evin damına düşüb.
Azpost.info bildirir ki, hazırda qəza yerində araşdırma aparılır.
Hadisə nəticəsində yaşayış evinə ciddi zərər dəyib. Qəza baş verən zaman mənzildə bir nəfər olub. Xəsarət alan yoxdur.
Bundan əlavə, mənzilə gedən qaz xətti də zədələnib. Bu səbəbdən mənzillərə qazın verilişi dayandırılıb. Avtobus yol kənarındakı ağacları da yerindən qoparıb.