“Günay Bank” müflis elan edildi, ləğvedici təyin olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib.

“APA-Economics” xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.

Əvvəlki məqalə

Qalmaqal yaratmış “dəmir yumruq“ abidəsi sökülür –

Sonrakı məqalə

Lənkəranda avtomobil yolunda sürüşmə olub