“Günay Bank” müflis elan edildi, ləğvedici təyin olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib.

“APA-Economics” xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.