Gürcü müğənnisi mahnısını oğurladı, Brilyant Dadaşova şikayət etdi

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.

AzPost bildirir ki, bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.