Gürcüstan kəşfiyyat və döyüş dronları istehsal edəcək- Nazirdən AÇIQLAMA

2023-cü ilin yayından Gürcüstan hər il 1000-dən 1500-ə qədər kəşfiyyat və döyüş dronları istehsal edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Nazir qeyd edib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə istehsal edilib və sınaqdan keçirilib.

“Tiflis yaxınlığında Gürcüstan-Polşa birgə müəssisəsində PUA istehsalına başlanılıb. Müəssisənin tikintisi ötən ilin dekabrında başa çatıb. Zavodun sahibi 2022-ci ildə Gürcüstanın “Delta” şirkəti və Polşanın “WB Electronics S.A” şirkəti tərəfindən təsis edilmiş “Delta-WB” şirkətidir”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Hacı Şahin dəfn edilib –

Sonrakı məqalə

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub