Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.  Bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir. Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib.  Yanğının söndürüldüyü bildirilir. Hadisənin səbəbləri araşdırılır. (APA)