Həbsdə olan Vətən müharibəsi iştirakçısı Ziya Kazımov ev dustaqlığına buraxılıb - RƏSMİ
Bəzi kütləvi informasiya vasitələrində Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
Əlaqəli xəbərlər
-
Azərbaycanda elektrik enerjisi ilə bağlı mühüm qərar – Tariflər dəyişə bilərmi?
-
Azərbaycanın iqtisadiyyatı böyüyür, neft sektoru geriləyir – təhlükə nədədir?
-
Azərbaycanda saxta həkim diplomları - Rəsmi rəqəmlər nəyi göstərir?
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
Növbəti xəbər yüklənir...