Hərbçilərimiz Pakistanda hərbi paradda iştirak edəcək –VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

Əvvəlki məqalə

“Bu, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqdır” –

Sonrakı məqalə

Ordubada dağ uçqunu avtomobil yolunu bağlayıb