Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib –Qasım Süleymani ilə təzə lideri nə bağlayır?

Həşim Safiəddin əmisi oğlu Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın yeni baş katibi seçilib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bundan öncə Həşim Safiəddin hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb.

1964-cü ildə Cənubi Livanda anadan olan Haşim Səfiəddin mərhum baş katib Nəsrullahın ana tərəfdən əmisi oğludur. 1995-ci ildə Hizbullahın icra şurasına təyin olunub, 2001-ci ildə isə onun sədri olub. 2008-ci ilin oktyabrında o, Hizbullahın baş katibi Nəsrullahın varisi seçilib. 2010-cu ilin noyabrında o, təşkilatın Cənubi Livandakı hərbi komandiri təyin edilib.

Yeni baş katibin oğlu Seyid Rza Haşimin oğlu 2020-ci ildə İraqda vəfat edən SEPAH komandiri Qasım Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.

Əvvəlki məqalə

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi icra olunur –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri