“HƏP-in İlham Əliyevə dəstək qərarına qarşı qara təbliğat aparılır” –ZƏLİMXAN MƏMMƏDLİ

“Haqq Ədalət Partiyası siyasi cəsarət tələb edən qərar verərərk prezident İlham Əliyevin  siyasət kursunu dəstəklədiyini bəyan edib”.
Azpost.info bildirir ki, bu barədə partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli Meta-da bildirib.
O, qərarı “haqlı” olduğunu deyib: “Düşmənlərin (Rusiya, İran, Ermənistan, Fransa, PKK) dövlətimizin əleyhinə əlbir olduğunu, Qarabağ probleminin ədalətli həlli və dövlət təhlükəsizliyimizin təmini üçun siyasi konsalidasiyanı vacibliyini dərk edərək bu qərar qəbul edilib”.
Z.Məmmədli HƏP-in bu qərarını gözdənsalma kampaniyasının aparıldığını bildirib: “Spekulyativ nəticələr çıxararaq qara təbliğata baş vururlar. Təəssüf ki, bu prosesə özlərini siyasi lider hesab edənlər də qoşulur və bu prosesdə öndərlik edirlər. Uğursuz yoldur!”
Z.Məmmədli deyib ki, Haqq Ədalət partiyası bundan sonra da milli və dövlət maraqlarımızın yanında olacaq, firqə maraqlarını heç vaxt milli maraqlardan önə daşımayacaq.
Azpost.info
Əvvəlki məqalə

“Həsən Həsənov bizə dedi ki, İsmayıl Şıxlını yıxın, yerinə Anarı gətirin…” –

Sonrakı məqalə

“Çinin daxili siyasətinə qarışmayın!”