“Hər şəhid ailəsi və qazinin müraciəti nəzarətə götürülür”- Səttar Möhbalıyev

Hər bir şəhid ailəsi və yaxud Qarabağ müharibəsi qazisinin müraciəti xüsusi nəzarətə götürülür.

Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında bildirib.

AHİK-in strukturundakı sanatoriya və istirahət evlərinə göndərişlərin ayrılması zamanı bu kateqoriyadan olan insanların hər bir müraciətinə həssaslıqla yanaşmanın cəmiyyətimizin sabahı üçün ən zəruri addım olduğunu qeyd edən Səttar Möhbalıyev bunun daha çox mənəvi norma olduğunu xatırladıb.

Əvvəlki məqalə

“Azadlıqda olmağınız bizim qüsurumuzdur”

Sonrakı məqalə

“Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb”