“Hərbçilərimizin xəsarət alması barədə məlumatlar təxribatıdır” –MÜDAFİƏ NAZİRLİYİ

“Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır”.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır: “Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur”.

Əvvəlki məqalə

ABŞ Rusiyaya nüvə silahı barədə xəbərdarlıq edib –

Sonrakı məqalə

Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib